AZ

İSO-ya üzv olan şirkətlərlə yerli biznes subyektləri arasında işbirliyi müzakirə olunub

“İstanbul Sənaye Palatasının (İSO) İdarə Heyətinin sədri Erdal Bahçıvanın rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq.

İSO-ya üzv olan şirkətlərlə yerli biznes subyektləri arasında işbirliyinin fəal təşviqini, potensial layihələrin icrasını, investisiya, enerji, ticarət, sənaye, rəqəmsal texnologiyalar, infrastruktur və digər sahələrdə əməkdaşlığın şaxələndirilməsini vurğuladıq.

Ölkələrimizin istehsal və ixrac potensialını qlobal miqyasda gücləndirəcək strateji tərəfdaşlıqları inkişaf etdirmək biznes əməkdaşlığımızın başlıca prioritetlərindəndir”.

Seçilən
21
vergiler.az

1Mənbələr