Kabildə Rusiya səfirliyinin təhlükəsizlik tədbirləri gücləndirilib.
Musavat.com xarici xəbər agentliklərinə istinadla xəbər verir ki, bu, Rusiya Federasiyasında qadağan olunmuş terror təşkilatı olan "Vilayata Xorasan” (İŞİD-in Əfqanıstan qolu) yaraqlıları tərəfindən Rusiya diplomatik nümayəndəliyinə hücum təhlükəsinin artması ilə əlaqədardır.
Bildirilir ki, “Taliban” nümayəndələrinin Əfqanıstanda İŞİD təhdidlərinin olmaması ilə bağlı iddialarını təkzib edən Çin və İranın Kabildəki səfirlikləri ilə bağlı da oxşar təhlükəsizlik tədbirləri görülüb.
Əfqanıstan "Taliban"ının kəşfiyyat xidmətində yaraqlıların "Xorasan əyaləti" bölgəsində artan fəaliyyətinə dəlalət edən iki gizli sənəd var. Xüsusilə, söhbət Kabildəki Rusiya səfirliyinin, eləcə də Çin və İran səfirliklərinin təhlükəsizliyinə təhdiddən gedir.
Kəşfiyyat xidmətinin hazırladığı gizli sənədlərdən biri “Çin, Rusiya və İran səfirliklərinin təhlükəsizliyinin gücləndirilməsi" adlanır. Sənədi xitmətin rəisi Fətehulli Mədəni imzalayıb və mərkəzi kəşfiyyat aparatının 061 saylı şöbəsinin rəisinə ünvanlayıb. Mədəninin sözlərinə görə, Rusiya, Çin və İran səfirliklərinin mühafizəsi üçün düşmənin aqressiv hücumlarının qarşısını taktiki olaraq alacaq əlavə mücahid-mühafizəçilər təyin edilib.
Musavat.com
 
                        