AZ

Türkiyədən ruslara zərbə: Bu sistem ləğv edildi

Türkiyə Mərkəzi Bankı Rusiya istifadəçiləri arasında məşhur olan “Papara” ödəniş sisteminin lisenziyasını ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə rəsmi hökumət qəzeti “Resmi Gazete” məlumat yayıb.

“Papara”ya 21 aprel 2016-cı il tarixində verilmiş elektron pul təşkilatı kimi fəaliyyət göstərmək üçün verilən lisenziya Bank Nəzarəti və Tənzimləmə Komissiyasının qərarı əsasında ləğv edilib”, - deyə rəsmi məlumatda bildirilir. Qərar “Ödəniş xidmətləri haqqında” qanuna əsasən qəbul edilib.

Rusiya bankları tərəfindən buraxılan beynəlxalq kartların bloklanmasından sonra “Papara” xidməti ruslar arasında populyarlaşıb. Platforma istifadəçilərə xarici pasportdan istifadə edərək uzaqdan hesab açmağa və yoxlamadan sonra limitlərini artırmağa imkan verirdi.

Seçilən
20
publika.az

1Mənbələr