AZ

"Melissa" qasırğası 49 can aldı

Karib hövzəsi bölgələrində genişmiqyaslı dağıntılara səbəb olan "Melissa" qasırğası nəticəsində həyatını itirənlərin sayı 49-a çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, saatda 295 kilometrə çatan "Melissa" qasırğası güclü yağış, fırtına və daşqınlara yol açaraq Karib regionunda təsirini göstərməyə davam edir.

Kariblərin ən sıx əhalili ölkələrindən biri olan Haitidə Mülki Müdafiə Agentliyi qasırğa nəticəsində 30 nəfərin həlak olduğunu, 20 nəfərin yaralandığını və 20 nəfərin itkin düşdüyünü bildirib.

Qasırğanın təsir göstərdiyi digər bir ölkə olan Yamaykada isə Təhsil, Gənclik və İnformasiya naziri Dana Morris Dikson əvvəl 4 olan ölüm sayının 19-a yüksəldiyini açıqlayıb.

Axtarış-xilasetmə işlərinin davam etdiyi Yamaykada paytaxt Kinqstondakı əsas beynəlxalq hava limanı humanitar yardım daşıyan təyyarələrin enişi üçün yenidən istifadəyə açılıb.

Seçilən
23
operativmm.az

1Mənbələr