AZ

“Daltonlar” qrupunun rəhbəri Əli Gülmalızadə Moskvada SAXLANILDI – Ekstradisiya OLUNACAQ

“Daltonlar” qrupunun rəhbəri Əli Gülmalızadə Moskvada saxlanılıb, Türkiyəyə ekstradisiya prosesi başlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Moskvada “Daltonlar” adlı mütəşəkkil cinayətkar qrupun rəhbəri hesab olunan Əli Gülmalızadə saxlanılıb. O, Türkiyədə vəkil Sərdar Əkrəmin qətlinin xaricdən koordinasiya edilməsində ittiham olunur.

Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, Gülmalızadənin tutulması Türkiyə polisinin təqdim etdiyi operativ məlumatlar sayəsində mümkün olub.

Hazırda Gülmalızadənin Türkiyəyə ekstradisiyası ilə bağlı rəsmi prosedur başlanıb. Məlumatlara əsasən, tərəflər onun təhvil verilməsi üçün hüquqi sənədləşməni razılaşdırırlar.

Seçilən
9
1
interpress.az

2Mənbələr