İmişli rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Elçin Heydərovla vida mərasimi keçirilib.Metbuat.az Report-a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, İmişli rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Elçin Ağamməd oğlu Heydərov 1971-ci il oktyabrın 1-də İmişlinin Ağaməmmədli kəndində anadan olub. 1994-cü il yanvarın 12-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.E.Heydərov doğulduğu kənddə dəfn ediləcək.