BAKI, 31 oktyabr. TELEQRAF
Özbəkistanın Daşkənd vilayətində yerləşən Kanka şəhər qala kompleksində aparılan arxeoloji tədqiqatlar zamanı V-VIII əsrlərə aid məbəd və hərbi avadanlıq fraqmentləri aşkar edilib.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun mətbuat xidməti məlumat yayıb.
“Kanka abidəsində aparılan ekspedisiyalar zamanı V-VIII əsrlərə aid məbəd və hərbi avadanlıq tapılıb”, - məlumatda deyilir.
İnstitut tədqiqatları region rəhbərliyi ilə birlikdə həyata keçirir və bu iş Kankada Açıq Hava Muzeyinin yaradılmasına hazırlıq çərçivəsində aparılır. Tapıntılar institutun Hərbi Tarix Mərkəzi və Qədim Dünya Tarixi Şöbəsinin mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı aşkar edilib.
Tədqiqatçılar hesab edirlər ki, hərbi avadanlıqlar qədim ənənəyə uyğun olaraq, məbədə rituallar üçün hədiyyə kimi təqdim edilmiş ola bilər. Əvvəllər Boykənddə məbəddə qazıntılar zamanı da hərbi avadanlıq tapılmışdı.