ABŞ prezidenti Donald Trampın administrasiyası Venesuelada narkotiklərlə mübarizə üçün potensial hədəflər - yerli hərbi qüvvələrin nəzarətində olan limanlar və aeroportları müəyyən edib.
Herbiand.az bildirir ki, bu barədə Wall Street Journal (WSJ) adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yazır.
“Tramp administrasiyası Venesueladakı hədəfləri, o cümlədən narkotik qaçaqmalçılığı üçün istifadə edilən hərbi obyektləri müəyyən edib. Bir rəsmi şəxs bildirib ki, potensial hədəflər nəzərdən keçirilir, o cümlədən narkotik qaçaqmalçılığı üçün istifadə olunan və hərbçilərin nəzarət etdiyi limanlar, aeroportlar, hərbi-dəniz obyektləri və uçuş-enmə zolaqları”, - qəzet yazır.
Qəzet qeyd edir ki, bununla belə Tramp zərbələrlə bağlı hələ yekun qərar verməyib.
Bəxtiyar CƏFƏRLİ