AZ

Polis gənclərə çağırış etdi: “Gələcəyimiz üçün “YOX!” deməyi bacarmalıyıq”

Bu gün Quba rayonunun 1-ci Nügədi kənd tam orta məktəbində “Narkomaniyaya və erkən nikaha yox deyək!” adlı tədbir təşkil olunub.

Publika.az xəbər verir ki, görüşün məqsədi gəncləri sağlam həyata, düzgün seçimlərə və məsuliyyətli qərarlara yönəltmək, onları təhlükəli vərdişlərdən qorumaqdır.

Tədbirdə Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mehman Əliyev və şöbənin rəisinin xidmət üzrə müavini, polis polkovniki Vüsal Rüstəmov çıxış ediblər. Onlar narkomaniyanın insan talelərini necə məhv etdiyini, erkən nikahın isə gənclərin arzularını, təhsilini və gələcək imkanlarını əlindən aldığını vurğulayıblar.

M.Əliyev gəncləri elmə, təhsilə və sağlam həyata üstünlük verməyə çağırıb.

Seçilən
26
publika.az

1Mənbələr