BAKI, 31 oktyabr. TELEQRAF
“Rusiyanı hərbi güclə məğlub etmək mümkün deyil”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Rusiya xalqları və MDB” adlı ilk beynəlxalq festivalda deyib.
“Rusiyanın tarixi göstərir ki, düşmənlər həsəd aparılacaq inadla bizə qarşı cəhdlər ediblər, öz mənfəətləri üçün bizi parçalamağa çalışıblar. Amma bu, alınmadı və alınmayacaq, tarix bunun sübutudur. İstənilən hərbi cəhdlər uğursuz olub, çünki ordumuzun arxasında xalqlarımızın qardaşlığı dayanırdı”, - o bildirib.
Şoyqu vurğulayıb ki, bu gün qlobalistlər istehlak kultunu, tamamilə fərdiliyi, sinizm və qəddarlığı təbliğ etməyə çalışırlar:
“Düzünü desəm, Sovet İttifaqı dağıldıqdan sonra biz məhz belə dəyəryönümlü aqressiyaya məruz qalmışıq, bu, sivilizasiyamızı məhv etməyə yönəlib. Bunun nəticələri hələ də aradan qaldırılmayıb”.
.jpg) 
                        