“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının gecə saatlarında Eçmiədzində hərbi hissəyə basqın edərək yüksək rütbəli hərbçiləri həbs etməsinin arxasında çevriliş planlarının qarşısını almaq dayana bilər.
Radikal qüvvələr gələn ilin iyununda keçiriləcək parlament seçkilərində baş nazir Nikol Paşinyan üzərində qələbə qazanacaqlarına ümidli deyillər. Kreml də bunu anlayır və Paşinyanı seçki yoluyla hakimiyyətdən uzaqlaşdıra biləcək siyasətçi tapa bilmir, tapdıqlarını da baş nazir müxtəlif üsullarla nüfuzdan salır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Paşinyan radikalların bir qismini həbsdə saxlayır, digələrinə qarşı məhkəmə çəkişmələrinə üstünlük verib, kilsəni isə parçalamaq yolunda iri addımlarla irəliləyir:
“Ancaq bunlardan daha təhlükəlisi ordu içərisində ona qarşı qiyam planlaşdıran zabitlərdir ki, onlar Rusiya kəşfiyyatına bağlıdırlar. Görünür, növbə onlara çatıb. Paşinyan ona qarşı təxribat və ya sui-qəsd hazırlayanların planlarını parlament seçkilərini erkən tarixə təyin etməklə poza bilər. Bu Azərbaycanla sülh sazişinin imzalanmasını da sürətləndirərdi”.
Xatırladaq ki, Ermənistan milli təhlükəsizlik qüvvələri zabitləri gecə Eçmiədzində hərbi hissəyə daxil olaraq yüksək rütbəli hərbçilər də daxil olmaqla bir neçə nəfəri saxlayıblar,
Bu barədə “Hraparak”-a istinadən xəbər verir.
Məlumata görə, onlar hələ də hərbi hissədə əməliyyat tədbirləri keçirirlər. Saxlanılmalarının səbəbləri hələlik məlum deyil.
 
                        