AZ

Müşavir: Belçika ilə koloniyalaşdırılmış ölkələr arasında qarşılıqlı hörmət əsasında real əməkdaşlıq müqavilələri yaratmaq lazımdır

Bakı, 31 oktyabr, AZƏRTAC

Kolonial cinayətlərin tanınmasından sonra müstəmləkəyə çevrilmiş ölkə ictimai üzr tələb edir. İctimai üzrdən sonra konkret kompensasiyalar tələb olunur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Konqo Demokratik Respublikasının BƏƏ-nin Əbu-Dabi şəhərindəki səfirliyində müşavir Kitulu Aduyenzi Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfransın “Tanınma və məsuliyyət: simvolik jestlər və təminatlar” mövzusunda keçirilən panel müzakirəsində söyləyib.

O bildirib ki, Konqo, Burundi və Ruanda Belçika ilə bağlıdır. Konqoya sərmayə qoymaq istəyən hansısa investor əvvəlcə Belçikadan məlumat alır. Belçika suverenliyimizi tanımayan, ləyaqətimizi geri qaytarmayan və ədalət təmin etməyən ölkə kimi görünürsə, iş görmək çətinləşir.

"Bu konfrans çox önəmlidir. Belçika ilə koloniyalaşdırılmış ölkələr arasında ədalət, suverenlik və qarşılıqlı hörmət əsasında real əməkdaşlıq müqavilələri yaratmaq lazımdır. Hazırda mövcud olan bütün müqavilələr kolonializmin izlərini daşıyır. Biz, həmçinin müstəmləkəçiliyi dəyişdirməli və göstərməliyik",- deyə K. Aduyenzi vurğulayıb.

Seçilən
11
3
azertag.az

4Mənbələr