AZ

ARDNF və BƏƏ-nin aparıcı şirkətləri investisiya əməkdaşlığının genişləndirilməsini müzakirə ediblər

Bakı. Trend:

Oktyabrın 30-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun(ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyinümayəndə heyətinin Əbu-Dabiyə işgüzar səfəri çərçivəsindəBirləşmiş Ərəb Əmirliklərinin aparıcı investisiya qurumları ilə birsıra görüşləri keçirilib.

Trend bu barədəARDNF-yə istinadən xəbər verir.

Görüşlərin əsas məqsədi beynəlxalq tərəfdaşlarla əlaqələringenişləndirilməsi, qarşılıqlı maraq doğuran investisiya sahələrindəəməkdaşlıq imkanlarının müzakirəsi və gələcək birgə təşəbbüslərinperspektivlərinin nəzərdən keçirilməsi olub.

Mubadala İnvestisiya Şirkətində keçirilən görüş zamanı İsrafilMəmmədov şirkətin Baş dayanıqlılıq və risklərin idarəedilməsi üzrədirektoru Əhməd Əl Calili ilə görüşüb. Görüşdə dayanıqlıinvestisiyalar sahəsində əməkdaşlığın inkişafı, təcrübə və bilikmübadiləsinin təşviqi, eləcə də potensial birgə layihələrin həyatakeçirilməsi imkanları müzakirə olunub.

“Lunate” şirkətinin Baş partnyoru Xalifa Əl Suveydi iləkeçirilən görüşdə isə investisiya portfellərinin idarəedilməsitəcrübəsi, alternativ aktivlərə yönəlmiş investisiya yanaşmaları vəuzunmüddətli tərəfdaşlıq perspektivləri barədə fikir mübadiləsiaparılıb.

Görüşlər ARDNF ilə Birləşmiş Ərəb Əmirliklərinin aparıcıinvestisiya qurumları arasında qarşılıqlı etimada əsaslananəməkdaşlıq əlaqələrinin möhkəmlənməsi və gələcək tərəfdaşlıqistiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətkəsb edib.

Məqalədə:
Seçilən
20
7
az.trend.az

8Mənbələr