AZ

ABŞ bu ölkələrdən qoşunlarını çıxaracaq


ABŞ 2025-ci il dekabrın ortalarına qədər Bolqarıstan, Macarıstan və Slovakiyadakı qoşunlarının sayını azaltmağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın “Kyiv Post” nəşri NATO ölkələrindəki mənbələrə istinadla məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Şərqi Avropada Amerika qoşunlarının sayının azaldılması böyük ehtimal ki, 2026-cı ildə də davam edəcək.
Mənbələrin sözlərinə görə, Vaşinqton hesab edir ki, Avropa orduları xüsusilə NATO öhdəlikləri çərçivəsində artan hərbi xərclərdən sonra özlərini müdafiə etmək iqtidarındadır.
Nəşr dəqiq olaraq nə qədər əsgərin Şərqi Avropa ölkələrindən çıxarılacağı və nə qədər əsgərin regionda qalacağı barədə məlumat vermir.
Seçilən
18
yeniavaz.com

1Mənbələr