AZ

“Böyük Qayıdışa aparan yollar” sərgi-təqdimat keçirildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi paytaxtdakı "Qalereya-1969" sərgi salonunda “Böyük Qayıdışa aparan yollar” adlı sərgi-təqdimat keçirib.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Fotoqrafları Birliyinin fəxri üzvü, ölkəmizdə ictimai-siyasi fotojurnalistikanın tanınmış veteranı Rafiq Bağırovun müxtəlif illərdə çəkdiyi fotoşəkillərdən ibarət sərgiyə tamaşa ediblər. Bu fotoşəkillərdə, əsasən, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu dövründəki fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Böyük Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin nəticələri əks olunub. Fotoşəkillərdən bir neçəsi ilk dəfədir ki, nümayiş olunurdu.

Daha sonra sərgi salonunda Dövlət Komitəsi tərəfindən Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün aparılan məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri tədbirləri çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda çəkilmiş videoçarxlar nümayiş etdirilib.

Ulu Öndər Heydər Əliyevin xalqımız və milli dövlətçiliyimiz qarşısındakı böyük xidmətlərinin təbliğinin indiki və gələcək nəsillər üçün əhəmiyyətini vurğulayan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı nailiyyətlərin, o cümlədən Böyük Zəfərin və onun nəticəsi olaraq başlanmış Böyük Qayıdışın hazırda dünyanın diqqət mərkəzində olduğunu xatırladan Dövlət Komitəsinin sədri Rövşən Rzayev sərgi-təqdimat barədə tədbir iştirakçılarına məlumat verib, bu cür tədbirlərin Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təşkil olunduğunu qeyd edib.

Tədbirdə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov açılış nitqi ilə çıxış edib.

Seçilən
22
publika.az

1Mənbələr