AZ

Paşinyana qarşı daxili savaş: Təxribat və sui-qəsd planlarını belə poza bilər...

"Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının gecə saatlarında Eçmiədzində hərbi hissəyə basqın edərək yüksək rütbəli hərbçiləri həbs etməsinin arxasında çevriliş planlarının qarşısını almaq dayana bilər. Radikal qüvvələr gələn ilin iyununda keçiriləcək parlament seçkilərində baş nazir Nikol Paşinyan üzərində qələbə qazanacaqlarına ümidli deyillər. Kreml də bunu anlayır və Paşinyanı seçki yoluyla hakimiyyətdən uzaqlaşdıra biləcək siyasətçi tapa bilmir, tapdıqlarını da baş nazir müxtəlif üsullarla nüfuzdan salır".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Paşinyan radikalların bir qismini həbsdə saxlayır, digərlərinə qarşı məhkəmə çəkişmələrinə üstünlük verib, kilsəni isə parçalamaq yolunda iri addımlarla irəliləyir: "Ancaq bunlardan daha təhlükəlisi ordu içərisində ona qarşı qiyam planlaşdıran zabitlərdir ki, onlar Rusiya kəşfiyyatına bağlıdırlar. Görünür, növbə onlara çatıb. Paşinyan ona qarşı təxribat və ya sui-qəsd hazırlayanların planlarını parlament seçkilərini erkən tarixə təyin etməklə poza bilər. Bu Azərbaycanla sülh sazişinin imzalanmasını da sürətləndirərdi".

Sitat.info

Seçilən
20
3
sitat.info

4Mənbələr