AZ

Laqodexidə 4 azərbaycanlı saxlanıldı - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi Laqodexi rayonunun “Matsimi” sektorunda 2002–2005-ci illərdə anadan olmuş dörd Azərbaycan vətəndaşını saxlayıb.

Musavat.com xəbər verir ki, rəsmi məlumata görə, həmin şəxslər qrup halında Gürcüstan sərhəd-keçid məntəqəsini yan keçərək ölkə ərazisinə qanunsuz daxil olmağa cəhd ediblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci bəndi — qrup halında dövlət sərhədinin qanunsuz keçilməsi maddəsi üzrə istintaq başlanıb. Qanunvericiliyə əsasən, bu maddə ilə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Musavat.com

Seçilən
0
musavat.com

1Mənbələr