Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 31 oktyabr, AZƏRTAC
Afrikada vəba xəstəliyindən ölənlərin sayı 6800 nəfəri keçib. AZƏRTAC xəbər verir ki, bu bəyanatla Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (Afrika CDC) məlumat yayıb.
Məlumatda qeyd olunub ki, cari epidemiya dövründə Afrikanın 23 ölkəsində vəbaya 297 mindən çox yoluxma halı qeydə alınıb ki, bu da ötən illə müqayisədə çoxdur.
Mərkəzin cümə axşamı açıqladığı məlumatlara görə, bu il Afrikada yayılmış vəba epidemiyasından 6800-dən çox insan ölüb ki, bu da ötən illə müqayisədə nəzərəçarpacaq artım deməkdir. Hazırkı epidemiya 6854 nəfərin həyatına son qoyub, ölüm nisbəti isə 2,3% təşkil edir, Afrikanın 23 ölkəsində isə 297.394 yoluxma halı qeydə alınıb.
Namibiyada keçirilən virtual mətbuat konfransında çıxış edən Afrika CDC-nin meneceri Yap Boum cari ilin sonunda ötən illə müqayisədə yoluxma halının təxminən 50 min artdığını bildirib. O qeyd edib ki, vaxtında tədbirlər görülməzsə, təsirlənmiş ölkələrdə leysan yağışlar səbəbindən ilin qalan aylarında yoluxma halları daha da artacaq.
Vəbadan ən çox təsirlənən ölkələr Anqola və Burundidir. Bu ölkələrdə pis sanitariya şəraiti və kifayət qədər təmiz suya çıxışın olmaması vəziyyəti daha da ağırlaşdırıb.
Afrika CDC-nin məlumatına görə, son həftələrdə Cənubi Sudan, Sudan və Konqo Demokratik Respublikasında vəbaya yoluxanların sayında azalmalar müşahidə olunub, lakin bu ölkələr hələ də yüksək risk altında qalır.
Bakterial infeksiya olan vəba çirklənmiş su və ya qida istehlakından qaynaqlanır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        