AZ

12 illik təhsil sisteminə keçilir

Rusiya 12 illik təhsil sisteminə keçir. Bunun üçün lazım olan texniki işlər tamamlanmaq üzrədir.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Rusiya İctimai Palatasının katibinin müavini Vladislav Qrib bildirib ki, inkişaf etmiş ölkələrin əksəriyyətində 12 illik təhsil altı yaşından başlayır.

"Bizim uşaqlarımızın vəziyyəti Yaponiya, Çin və ya Avropadakılardan pis deyil. Biz bu keçidə tam hazırıq. Bu, yalnız zaman məsələsidir. Düşünürəm ki, bu ideyanı ətraflı şəkildə müzakirə etmək vacibdir", - deyə o qeyd edib.

Qrib izah edib ki, qeyri-rəsmi olaraq Rusiyada 12 illik təhsil artıq mövcuddur. Əksər uşaq bağçalarında son il məktəbə hazırlıqdır. Əvvəllər bu, "sıfır il" adlanırdı.

Seçilən
11
publika.az

1Mənbələr