AZ

Kıtulu Aduyenzı: Müstəmləkəçi ölkə üzr istəməli, sonra təzminat ödəməlidir

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"Müstəmləkə olunmuş ölkələr bu cinayətlərin rəsmi şəkildə tanınmasını tələb edirlər. Yəni müstəmləkəçi dövlət rəsmi olaraq etiraf etməlidir ki, o, həmin ölkədə haqsızlıqlar edib".

Oxu.Az xəbər verir ki, bunu Konqo Demokratik Respublikasının Abu Dabidəki səfirliyində müşavir olan Kıtulu Aduyenzı Bakıda "Belçikanın müstəmləkə irsinin yenidən qiymətləndirilməsi" mövzusunda beynəlxalq konfransda "Təqdimat və məsuliyyət: Simvolik jestlər və təminatlar" adlı panel müzakirə zamanı deyib.

O bildirib ki, kolonial cinayətlərin tanınmasından sonra müstəmləkə olunmuş ölkə ictimai üzr tələb edir:

"Bu üzrdən sonra isə konkret təzminatlar və davamlı yaddaş işi tələb olunur.

Əvvəlcə müstəmləkəçi ölkə başa düşməlidir ki, o, bizim ölkəmizə bizim dəvətimiz olmadan gəlib, bizi işğal edib, talayıb, öldürüb, şikəst edib. Bu çox vacibdir.

Keçmişi anlamadan, bu günü və gələcəyi dərk etmək mümkün deyil".

Müşavirin sözlərinə görə, Belçika bu məsələni qəbul etdikdən sonra birlikdə müstəmləkə olunmuş ölkələr arasında dialoq açılmalıdır:

"İndi isə biz Belçika ilə müstəmləkə olunmuş ölkələr arasında həqiqi əməkdaşlıq sazişləri yaratmağa çalışmalıyıq. Çünki bu gün mövcud olan bütün sazişlər kolonializm izləri daşıyır.

Həmçinin, biz kolonializmi həm Belçika məktəblərində, həm də müstəmləkə olunmuş ölkələrin məktəblərində tədris etməliyik. Çünki belçikalı bilməlidir - bu tarixi gerçəklikdir.

Bu gün Belçikada, müstəqillikdən sonra doğulmuş nəsil elə düşünür ki, bu onların haqqı idi. Təsəvvür edin, Belçika bu ölkələrin zehniyyətinə, düşüncə tərzinə qədər beyin yuyulması effekti buraxıb".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
oxu.az

1Mənbələr