Cari ilin sentyabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 1,5 faiz artaraq 37 188,1 milyon manata çatıb.
Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 340,6 milyon manat artaraq 2 926,1 milyon manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınan qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.
 
                        