Bakı. Trend:
İtaliyanın şimal və mərkəzi bölgələrində qeyri-sabit havamüşahidə olunur. Leysan yağışlardan sonra Toskaniya əyalətinin birçox ərazilərində küçələr və yollar su altında qalıb, bölgəninçaylarında su səviyyəsi əhəmiyyətli dərəcədə artıb
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Leysan yağışlarının ən çox Piza və Livornoya zərbə vurduğudeyilir. Qeyd olunan bölgələrdə izafi yağıntı suları nəqliyyatınhərəkətini çətinləşdirib.
İtaliyanın Mülki Müdafiə qurumu Toskaniyanın bir sıraşəhərlərində geniş-miqyaslı təxliyə əməliyyatlarına başlayıb.Yağıntılı hava kütlələrinin hazırda ölkənin cənubuna doğruirəlilədiyi bildirilir.