AZ

Çeçenistan müftisi: “Yəhudilər Tanrının düşmənləridir”

Yazını böyüt
Yazını kiçilt

Çeçenistanın Baş Müftisi Salah Hacı Məciyevin yəhudiləri “Tanrının düşmənləri” kimi təsvir etməsi qəzəbə səbəb olub.

Hafta.az-ın yazdığına görə, Rusiyanın Baş Ravvini Berel Lazar Çeçenistanın Baş Müftisi Salah Hacı Məciyevin yəhudiləri “Tanrının düşmənləri” kimi təsvir etməsini tənqid edib. Müftinin 25 oktyabrda televiziya proqramında verdiyi açıqlama dinlərarası dialoqa zərər verdiyinə görə tənqidlərə səbəb olub.

Proqramda çıxış edən Çeçenistanın Baş Müftisi Məciyev deyib: “Ta qədim zamanlardan bəri Tanrının düşmənləri olub - yəhudilər və onların yaratdığı hərəkatlar, məsələn, ateizm. Bunun ərəb dünyasında və ya Avropada olmasının fərqi yoxdur: yalan yayan qondarma şərqşünaslar hər yerdə tapılır”.

Bu fikirlərdən sonra Baş Ravvin Lazar yazılı bəyanat verərək bildirib ki, bu cür ifadələr təkcə yəhudi icması və inancına deyil, həm də Rusiyanın illərdir qurmağa çalışdığı sosial quruluşa zərərlidir. Lazar deyib: “Lakin, mahiyyət etibarilə, bu sözlər təkcə yəhudilərə, hətta ilk növbədə onlara qarşı deyil, bütün Rusiyanın illərdir qurduğu hər şeyə qarşı yönəlib”.

Ravvin Lazar bildirib ki, Müfti Məciyevin açıqlamaları dinlərarası sülhü dəstəkləyən rəsmi müsəlman icmasının mövqeyi ilə uyğun gəlmir.

Müfti Məciyev 2014-cü ildən bəri Çeçenistan müftisi vəzifəsində çalışır və 2019-cu ildə yenidən bu vəzifəyə seçilib. 2023-cü ilin sentyabrında Rusiya Prezidenti Vladimir Putin ona təşəkkür sertifikatı təqdim edib. Çeçenistan Prezidenti Ramzan Kadırov da Məciyevin “Çeçen cəmiyyətində İslamın inkişafı və möhkəmləndirilməsi” sahəsindəki işlərini yüksək qiymətləndirib.

Seçilən
12
hafta.az

1Mənbələr