AZ

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib

Bakı. Trend:

Gürcüstanın Baş Prokurorluğu tərəfindən AzərbaycanRespublikasının vətəndaşı Mehdiyev Samir Salah oğlununekstradisiyası haqqında qərar qəbul olunub.

Trendxəbər verir ki. bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, İmişli rayon polis şöbəsi tərəfindən istintaqı aparılancinayət işi üzrə Samir Mehdiyevin Cinayət Məcəlləsinin 178.2.1 və178.2.4-cü (dələduzluq — qabaqcadan əlbir olan bir qrup şəxstərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə)maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslışübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxsqismində cəlb etmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarışelan olunub.

Samir Mehdiyev Gürcüstan ərazisində saxlanılaraq ƏdliyyəNazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti iləAzərbaycan Respublikasına gətirilib.

Seçilən
16
37
az.trend.az

10Mənbələr