AZ

Kolonial keçmiş üçün üzr istəmək sadəcə təəssüf ifadəsi ilə məhdudlaşmamalıdır - Abbas İsmayıl

Bakı.Trend:

Kolonial keçmiş üçün üzr istəmək sadəcə təəssüf ifadəsi iləməhdudlaşmamalıdır, həmçinin sistemli dəyişikliklərin bir hissəsinəçevrilməlidir.

Trend xəbərverir ki, bunu Almaniyanın ISCTE Universitetinin BeynəlxalqTədqiqatlar Mərkəzinin elmi əməkdaşı Abbas İsmayıl Bakıda keçirilən“Belçika kolonializmi: tanınma və məsuliyyət” adlı beynəlxalqkonfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sadəcə bəyanatlarla kifayətlənmək yox,struktur dəyişikliklərinə və real məsuliyyətə keçmək vacibdir.

“Üzr istəmək də, təzminatlar da çox önəmli məsələdir. Buradaməqsəd Belçika kolonializminin hökm sürdüyü Konqo DemokratikRespublikası, Ruanda və digər ölkələrin xalqları qarşısında günahınyuyulmasıdır”,- deyə Abbas İsmayıl vurğulayıb.

Seçilən
4
az.trend.az

1Mənbələr