Ukrayna və onun müttəfiqləri Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üçün vahid plan hazırlayır.
Publika.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin aparatının rəhbəri Andrey Yermak bildirib.
"İndi mediada alternativ planlar haqqında çoxlu məlumatlar var, məsələn, ABŞ-ın, Aİ-nin başqa, bəzi ölkələrin isə başqa planları var. Mən aydınlaşdırmaq istəyirəm ki, bu belə deyil. Bizim seçdiyimiz heç bir fərqli plan yoxdur. Bundan əlavə, başqasının seçdiyi planlar yoxdur", - o vurğulayıb.
Bununla belə, siyasətçi qeyd edib ki, sülh planı üzrə müzakirələr davam edir.