Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Tağıyev Kamran Fikrət oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib.
Anım tədbirində YAP Sabunçu Rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, qəsəbə sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, Kamran Tağıyev 27 sentyabr 2001-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə Sabunçu rayonu, Maştağa qəsəbəsi 108 nömrəli tam orta məktəbdə başıayıb və 9 il orada təhsil alıb. 2020-ci il 31 oktyabrda Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Maştağa qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.