Pakistan və Əfqanıstan İstanbulda keçirilən danışıqlardan sonra sülh danışıqlarını bərpa etmək və atəşkəs rejimini saxlamaq barədə razılığa gəliblər.
Xəbəri “Anadolu” verib.
“Bütün tərəflər sülhün qorunub saxlanmasını və pozan tərəfin cəzalandırılmasını təmin edəcək monitorinq və yoxlama mexanizmini işə salmaq barədə razılığa gəliblər", - Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Tərəflər atəşkəsin qorunması prosedurunu yekunlaşdırmaq üçün noyabrın 6-da İstanbulda yenidən görüşməyi planlaşdırırlar.
Ötən şənbə günü Əfqanıstan və Pakistan hökumət rəsmiləri İstanbulda bir araya gələrək, sərhəd böhranının həlli yollarını və oktyabrın 19-da Dohada əldə olunmuş atəşkəsin qorunmasına şərait yaratmaq yollarını müzakirə ediblər.
P.Əmircanov
XQ
 
                        