Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Qahirənin "Əl-Əhli" klubunun idman direktoru Səid Abdel Hafiz "Liverpul"un hücumçusu Məhəmməd Salahı transfer etmək istədikləri barədə yayılan məlumatlara aydınlıq gətirib.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, klub rəsmisi Salahla danışıqlar aparmadıqlarını bəyan edib.
"Məhəmməd Salah böyük ulduzdur. O, ərəb ölkələrinin hər hansı bir futbolçusunun təkrarlaması çətin olan böyük uğurlar qazanıb. Salah hazırda diqqətini peşəkar karyerasına yönəldib. Onun adının "Əl-Əhli" ilə hallanması şayiədir. Salah "Liverpoul"la bir neçə ay əvvəl rəsmi müqaviləsini uzadıb. Ona uğurlar arzulayıram", - deyə Misir klubunun nümayəndəsi deyib.
Xatırladaq ki, 33 yaşlı forvard 2017-ci ildən "Liverpul"da çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.