AZ

Ülvi Mehdiyev: Bilim Azərbaycan proqramına maraq hətta Türkiyədəkindən də yüksəkdir

ain.az bildirir, Oxu.az portalına istinadən.

2022-2025-ci il proqramının məzunları bir çox müsabiqə və layihələrdə əhəmiyyətli uğurlar qazanıblar.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Bilim Azərbaycan" layihəsi çərçivəsində fəaliyyət göstərən Bakı Elm Mərkəzinin "Deneyap I Məzun Günü" tədbirində bildirib.

"2022-ci ildə proqrama müraciətlərin sayı 1 169 idisə, 2024-cü ildə bu rəqəm 5 000-ə çatıb. Azərbaycanda bu proqrama maraq hazırda olduqca yüksəkdir, hətta Türkiyəni də keçmişik", - deyə Ü.Mehdiyev qeyd edib.

Sədr xatırladıb ki, Bakı Elm Mərkəzi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiya Mərkəzi tərəfindən idarə olunan "Bilim Azərbaycan" layihəsi çərçivəsində fəaliyyət göstərir.

Layihə dövlət agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) arasında 23 sentyabr 2021-ci il tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.

Ü.Mehdiyev layihənin əsas məqsədinin 6-14 yaşlı uşaqlarda elmə, texnologiyaya, sahibkarlığa və innovasiyaya marağı artırmaq və onları 21-ci əsrə dair bacarıqlar ilə təchiz etmək olduğunu bildirib. O, gələcəyin ehtiyaclarına uyğun layihə əsaslı təhsil təklif edən "Deneyap" texnologiya proqramının bu məqsədlə yaradılmış "Bilim Bakı" və "Bilim Quba" mərkəzlərində tətbiq olunduğunu vurğulayıb.

Ü.Mehdiyev qeyd edib ki, bu proqram şagirdləri gündəlik həyatda rastlaşdıqları problemləri həll etmək üçün yaradıcı düşüncə və innovativ bacarıqlarla təchiz edən hərtərəfli təhsil modelidir. O əlavə edib ki, ümumi təhsil müəssisələrinin 4-7-ci siniflərini bitirən şagirdlər iki mərhələli imtahandan keçdikdən sonra proqramda iştirak etmək hüququ qazanıblar.

Töhfə Səməd

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
oxu.az

1Mənbələr