“Bu konfrans “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin təşkilatçılığı ilə keçirilən 13-cü tədbir idi”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında spiker Sahibə Qafarova bildirib.
S.Qafarova qeyd edib ki, oktyabrın 29-da Milli Məclisdə Azərbaycan Konstitusiyasının 30 illiyinə həsr edilən beynəlxalq parlament konfransı keçirilib. Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətlərinin, o cümlədən 8 ölkənin parlament sədrləri və sədr müavinlərinin, eləcə də 7 beynəlxalq təşkilatın təmsilçiləri olmaqla ümumən 100-dən çox adamın iştirkını xatırdan sədr, tədbirin əhəmiyyətinə diqqət çəkib. O, bildirib ki, Konfransda “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda çıxışlar olub.
