Kiyevin maliyyə ehtiyatları sürətlə azalır və əgər Avropa ölkələri yeni dəstək mexanizmi tapa bilməsələr, Ukraynanın büdcəsi 2026-cı ilin fevralına qədər tükənə bilər.
News365.az xəbər verir ki, “The Economist” nəşri Ukraynanın ciddi maliyyə böhranı ilə üz-üzə qaldığını yazır. Məlumata görə, müharibənin başladığı vaxtdan bəri ölkənin hərbi xərcləri, o cümlədən müdafiə büdcəsi və Qərb yardımları ümumilikdə 360 milyard dollara yaxınlaşıb. Təkcə 2025-ci ildə bu məqsədlə 100-110 milyard dollar xərclənəcəyi, bunun da ölkənin ÜDM-nin yarısına bərabər olacağı bildirilir.
Vaşinqtonun əlavə maliyyə dəstəyi ayırmaqda tərəddüd etməsi fonunda Kiyev artıq daxili borclanma imkanlarını da itirmək üzrədir. Belə vəziyyətdə Avropa İttifaqı Ukraynanın əsas maliyyə dayağına çevrilir. Lakin bu, Avropa ölkələrindən daha böyük öhdəliklər tələb edir — NATO üzvlərinin hər biri Kiyevə ayırdığı maliyyəni ÜDM-in 0,2 faizindən ən azı 0,4 faizədək artırmalı olacaq.
News365.az
 
                        