Bakı. Trend:
Oktyabrın 30-da Azərbaycanın Böyük Britaniyadakı səfirliyində“Azərbaycanın suveren kredit reytinqi və iqtisadi perspektivləri:Qafqaz və Mərkəzi Asiyanın regional potensialının açılması”mövzusuna həsr olunmuş tədbir keçirilib.
Trend bu barədəAzərbaycanın Böyük Britaniyadakı səfirliyinə istinadən xəbərverir
Məlumata görə, tədbir çərçivəsində Azərbaycan-Britaniya BiznesŞurasının yaradıldığı elan olunub. Şuranın məqsədi iki ölkəarasında ticarət-iqtisadi əlaqələri möhkəmləndirmək, biznesdairələri arasında əməkdaşlığı dəstəkləmək, ikitərəfli ticarətin,təcrübə və bilik mübadiləsinin inkişafına, biznes ictimaiyyətininmaraqlarının qorunmasına, eləcə də mədəni əlaqələrin genişlənməsinətöhfə verməkdir.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovçıxışında qeyd edib ki, əldə olunmuş nailiyyətlər Prezident İlhamƏliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və müdriksiyasi, iqtisadi və sosial islahatların nəticəsidir. O, Azərbaycanvə Ermənistan arasında sülh sazişi layihəsinin paraflanmasının vənormallaşma prosesinin yalnız iki ölkə üçün deyil, həm də bütünCənubi Qafqaz və Mərkəzi Asiya regionu üçün yeni imkanlar açdığınıvurğulayıb.
Onun sözlərinə görə, bu, regional ticarət və nəqliyyatdəhlizlərinin daha səmərəli fəaliyyəti, enerji və logistikalayihələrinin genişlənməsi, həmçinin iqtisadi əməkdaşlığın vəinvestisiya axınının artması üçün şərait yaradır.
 
                         
  
  
  
  
 