AZ

Bəhram Sərmast: "Təbriz İranın və Azərbaycanın ticarətə və modernləşməyə açılan qapısıdır"

"Təbriz həmişə İranın və Azərbaycanın ticarətə, siyasətə və modernləşməyə açılan qapısı olub".
 
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu sözləri Şərqi Azərbaycan ostanının rəhbəri Bəhram Sərmast İranın xarici işlər naziri Abbas Əraqçının iştirak etdiyi iqtisadi diplomatiya məsələlərinə həsr olunmuş iclasda bəyan edib.
 
O qeyd edib ki, Təbrizin potensialı onun əlverişli coğrafi mövqeyi ilə bağlıdır. Belə ki, o, Qafqazı, Avrasiyanı və Avropanı birləşdirən marşrut üzərində yerləşir.
 
Sərmast Təbrizdə Rusiya, Almaniya və İraq konsulluqlarının açılmasına münasibət bildirərək vurğulayıb ki, əvvəllər bu şəhərdə 11 konsulluq fəaliyyət göstərib. Bu da Təbrizin beynəlxalq əlaqələrdəki tarixi rolunu əks etdirir. Bu gün həmin potensialın bir hissəsini bərpa etməklə, şəhərə əvvəlki statusunu və əhəmiyyətini qaytarmaq olar.

 

Seçilən
17
1
moderator.az

2Mənbələr