AZ

Bakı səfərinə hazırlaşan "Çelsi"də gərginlik: Baş məşqçini qovurlar?

İngiltərə nəhəngi “Çelsi” baş məşqçisini dəyişə bilər.

Publika.az xəbər verir ki, ispaniyalı mütəxəssis Andoni İraola bu posta əsas namizədlərdən biridir. Bu barədə "Indykaila News" məlumat yayıb.

Mənbənin sözlərinə görə, London klubu yaxın vaxtlarda “Bornmut”un 43 yaşlı çalışdırıcısını komandanın başına gətirmək niyyətindədir. O, 2024-cü ilin yayından “zadəganlar”a rəhbərlik edən və komanda ilə klublararası dünya çempionatını qazanan italiyalı Enso Mareskanı əvəz edə bilər. London təmsilçisinin rəhbərliyi İraolanın gələcəkdə dünyanın ən yaxşı məşqçilərindən birinə çevriləcəyinə inanır.

Premyer Liqanın 9 turundan sonra “Çelsi” 14 xal toplayaraq turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Çempionlar Liqasında isə komanda üç turdan sonra 6 xal toplayıb və 11-ci yerdədir.

Seçilən
3
publika.az

1Mənbələr