AZ

Hibrid avtomobildən düzgün istifadə etməyən sürücülər cəzalandırılsın TƏKLİF

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Doldurulan hibrid avtomobillər (plug-in) son illərdə geniş yayılır. Onların istifadəsi rahat, sərfiyyatı isə aşağı olduğu üçün sürücülərin marağına səbəb olur. Lakin, işin mənfi tərəfləri də var. 

Avtosfer.az xəbər verir ki, Almaniya Avtomobil İstehsalçıları Assosiasiyası (VDA) sözügedən modellərlə bağlı həyəcan təbili çalır. Təşkilatın bir neçə ölkədə apardığı araşdırma zamanı məlum olub ki, sürücülər bu maşınları aylarla şəbəkəyə qoşmadan istismar edirlər. 

Belə olan halda, hibrid avtomobilin ekoloji zərəri klassik benzin mühərrikli avtomobildən fərqlənmir. Bəzi parametrlərdə isə onu üstələyir. Bu rejimdə sürüş maşının elektrik sisteminin də vaxtından əvvəl sıradan çıxmasına səbəb olur. 

Assosiasiya məsələnin həlli üçün radikal təklif irəli sürüb. Təklif olunub ki, plug-in hibridlərin istehsalı zamanı batareyaların doldurulması da proqramlaşdırılsın. Müəyyən intervalla maşın cərəyan şəbəkəsinə qoşulmadıqda mühərrik gücü yarıya endirilsin. 

Təklifin texnoloji həlli və istehsala tətbiqinin 2027-ci ildən tez başlaması real görünmür. Bununla da, assosiasiya sürücüləri elektrik dartısı ilə hərəkətə məcbur vetmək istəyir.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
avtosfer.az

1Mənbələr