AZ

"Qarabağ"ın rəqibi: "Beşli müdafiəyə qarşı oynamaq çox çətindir"

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının 4-cü turunda "Qarabağ"ın rəqibi olacaq "Çelsi"nin (İngiltərə) baş məşqçisi Enso Mareska etiraf edib ki, rəqiblərin beşli müdafiə ilə oynaması onlara çətinlik yaradır. O, futbolçularına belə düzülüşlə oynayan komandalarla matçda performanslarını yaxşılaşdırmağı tövsiyə edib.

QOL.az bu haqda Britaniya mediasına istinadən xəbər verir.

"Çelsi" ötən həftə Premyer Liqanın 9-cu turunda evdə "Sanderlend"ə 1:2 hesabı ilə uduzub. Həmin matçda qonaqların baş məşqçisi Rejis de Bris taktiki düzülü dəyişərək beş müdafiəçi ilə oynamışdı.

O, bu o0yundan sonra həmkarı, son iş yeri "Nottingem Forest" olmuş Ange Postecoglou (Endj Postekoğlu) haqqında maraqlı bir xatirə danışıb. Onun “Forest”dəki son oyunu “Çelsi”yə qarşı 0:3 hesablı məğlubiyyətlə bitən matç olub. 

Həmin görüşdə Postecoglou sistemi dəyişərək beş müdafiəçi ilə oynamaq qərarına gəlib. “Çelsi”nin baş məşqçisi Enzo Maresca isə bu qərardan təəccübləndiyini deyib və açıqlamasında belə bir hadisəni xatırladıb:

"Ange "Nottingem Forest"ə baş məşqçi təyin edilməzdən əvvəl Londonda LMA mükafatlarma mərasimində onunla görüşmüşdük. Mən dedim: "Ange, sənin komandanı heç vaxt beş müdafiəçi ilə oynadığını görməmişəm. Yalnız Avropa Liqasının finalında "Mançester Yunayted"ə qarşı son 10 dəqiqəsində... O gülərək cavab verdi: "Beşli müdafiədən nifrət edirəm, amma kuboku qazanmaq üçün məcbur idik".

Sonra biz "Forest"lə oynadıq. O, oyuna beş müdafiəçi ilə çıxdı! Mən də komandama dedim: "Hazırladığımız bütün planları birbaşa zibil qutusuna atın".

Maresca əlavə edib ki, bu cür sistem dəyişiklikləri futbolçular üçün çox çətindir və “Çelsi”nin belə vəziyyətlərə daha çevik reaksiya verməyi öyrənməsi vacibdir.

Xatırladaq ki, "Çelsi" ilə "Qarabağ" arasında oyun noyabrın 5-də Bakıda keçiriləcək.

Seçilən
22
1
teleqraf.com

2Mənbələr