Monteneqronun paytaxtı Podqoritsada türk vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb.
Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, Azərbaycan vətəndaşı dünən axşam saatlarında azad olunub.
Polisin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub.
 
 
                        