Trampın Ukrayna ilə bağlı mövqeyinin yumşalması Avropada çaşqınlıq yaradıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Trampın son günlər Ukrayna məsələsində tutduğu yeni mövqe Avropa paytaxtlarında narahatlıq və qeyri-müəyyənlik doğurub.
Mənbənin bildirdiyinə görə, Tramp təxminən iki həftə əvvəlki sərt xəttindən geri çəkilib.
O, Ukraynaya “Tomahawk” tipli raketlərin verilməsindən imtina edib, Rumıniyada yerləşən amerikalı hərbçilərin sayını azaldıb.
Bundan əlavə, Trampın Çin lideri Si Cinpinlə son görüşündə Rusiya neftinin tədarükü məsələsi müzakirə olunmayıb.
Analitiklər hesab edirlər ki, bu addımlar Vaşinqtonun Ukrayna ilə bağlı siyasətində yeni mərhələnin başlaya biləcəyinə işarədir.
Xuraman Etibarlı
İnterpress.az