ain.az, Gununsesi saytına istinadən bildirir.
““Güney Azərbaycan dosye”si ilə xaricə gedənlərin çoxu Güneylə və ana dili hərəkatı ilə maraqlanmır, əsasən öz işləri ilə məşğuldurlar. Lakin bəzi şəxslər zərərli fəaliyyətlərlə məşğul olaraq gənclərin düşüncələrini bulandırırlar. Onlardan biri Güntay Gəncalpdır”.
Bu fikirləri Gununsesi.info-ya Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli deyib.
“Güntay Bakıda ali təhsil alıb, siyasi və ideoloji düşüncəsi BAB və partiyaların siyasi mühitində formalaşıb. Hazırda Finlandiyada yaşayan Güntayın siyasi yönü daha çox Pəhləvilərin xəttinə uyğundur. Güney Azərbaycan məsələsi olmasa, Bakıya gəlməz və sonra Avropaya gedə bilməzdi; bəlkə də indi sadəcə Ərdəbildə kənd mollası olardı.
Ara-sıra onun teleqram kanalındakı çıxışlarını izləyirəm. O, bütün günü meşədə gəzir və Bakını, Təbrizi tənqid edir, son 30 ildə Güney üçün görülən işləri və ana dili hərəkatına verilən dəstəyi gözdən salır, önəmli şəxsləri təhqir edir. Yanlış düşüncələrinə baxmayaraq, Güntay çox istedadlı və mütaliəlidir.
O, deyir ki: “Bizim davamız İranı bölmək deyil, ana dilidir”. Lakin sual olunur: ana dili üçün bu günə qədər nə edib? Finlandiya meşələrində gəzərək digər şəxsləri tənqid etmək əvəzinə, güneyli uşaqlar üçün şeirlər, hekayələr yazmalı, şəkilli video-kitablar hazırlamalı, Təbriz və Zəncanda evlərdə ana dilində dərs keçən müəllimlər üçün dərs proqramları hazırlamalıdır”.
Firuzə
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
