AZ

Macarıstan ABŞ sanksiyalarına qarşı yanacaq ehtiyat sistemi yaradır

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Macarıstan hökuməti ABŞ sanksiyaları səbəbindən təchizatda fasilələr yaranarsa, vacib istehlakçıları təmin etmək üçün ehtiyat yanacaqdoldurma məntəqələrindən istifadəyə imkan verən qanun düzəlişləri hazırlayıb.

Energetika Nazirliyinə görə, fövqəladə hallarda hökumət bu məntəqələrdən istifadə qaydasını və prioritetləri müəyyən edəcək. Qanun 2026-cı il yanvarın 1-də qüvvəyə minəcək.

Düzəlişlər pərakəndə müştərilərə təsir etməyəcək. Baş nazir Viktor Orban bildirib ki, Budapeşt ABŞ-ın Rusiya neft şirkətlərinə qarşı sanksiyalarından yayınmaq üçün alternativ variantları nəzərdən keçirir.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
icma.az

1Mənbələr