AZ

Ermənistanda hərbi hissədə əməliyyat keçirilir, yüksək rütbəli zabitlər saxlanılıb - YENİLƏNİB

Eçmiədzində hərbi hissədə əməliyyatı Antikorrupsiya Komitəsi Hərbi Polisin məlumatı əsasında keçirir.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bundan əlavə təfərrüatlar məlum deyil.

Komitdən zəruri hallarda əlavə məlumat veriləcəyi bildirilib.

***

11:46

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları gecə saatlarında Eçmiədzində hərbi hissəyə basqın ediblər.

APA xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Məlumata görə, saxlanılanlar arasında yüksək rütbəli hərbçilər də var.

MTX-nın hələ də əməliyyat apardığı bildirilir, əməliyyatın səbəbi barədə heç bir məlumat verilməyib.

Seçilən
22
1
apa.az

2Mənbələr