AZ

Parlament Bəyanat qəbul etdi

8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisi Bəyanat qəbul edib.

Musavat.com-un xəbərinə görə, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Vətən müharibəsində qazanılan zəfərin hərbi-siyasi və mənəvi ölçüsü var:

“Bu, dirçəlişi ifadə edir. Son illərin hadisələri göstərir ki, yalnız liderinin ətrafında sıx birləşən xalqlar haqlarını qorumağa və bərpa etməyə qadirdir”.

Spiker azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini də xatırladıb:

“İndiyə kimi 50 mindən çox insan öz doğma torpağında yaşamağa başlayıb. Münaqişəyə son qoyulduqdan sonra Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında sülh danışıqları başlayıb. İnanırıq ki, ölkəmiz qarşıdakı illərdə sülh və sabitlik şəraitində daha böyük uğurlar qazanacaq".

S.Qafarova torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçən şəhid və qazilərimizə böyük ehtiramını ifadə edib.

Bəyanatın mətnini Milli Məclisin deputatı Vüqar Rəhimzadə təqdim edib.

Bəyanat yekdilliklə qəbul olunub.

E.Paşasoy,
Musavat.com

Seçilən
4
3
musavat.com

5Mənbələr