AZ

Müşavir: Belçika və keçmiş müstəmləkələri yekun razılığa gəlməlidir

Belçika və müstəmləkə olmuş ölkələr yekun razılığa gəlməlidir.

APA xəbər verir ki, bunu Konqo Demokratik Respublikasının Birləşmiş Ərəb
Əmirliklərindəki səfirliyində müşavir Kitulu Aduyenzi Bakıda keçirilən “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfransda deyib.

“Belçika keçmiş müstəmləkələrə konkret kompensasiyalar ödəməlidir. Bundan sonra isə, biz yekun razılığa gəlməli və davamlı həll yolu tapmalıyıq. Belçika bizim icazəmiz olmadan ölkəmizə gəlib və bizim insanlarımızı qətlə yetirib. Müstəmləkə tarixi Belçikada və bizdəki məktəblərdə düzgün şəkildə tədris olunmalıdır. Belçika xalqında Konqo və digər müstəmləkə olmuş ölkələrin xalqları haqqındakı yalnış təsəvvür dəyişdirilməldir. Konqonun unikal xüsusiyyətləri var və biz bu xüsusiyyətləri daha yaxşı tanıtdırmalıyıq”, - Kitulu Aduyenzi vurğulayıb.

Seçilən
4
1
apa.az

2Mənbələr