ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az Almaniyanın “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, “Volkswagen” konserni oktyabrın 30-da Volfsburqda belə açıqlama yayıb. “Bunun əsas səbəbləri gömrük rüsumlarının artırılması və “Porşe” şirkətinin idman avtomobili törəmə şirkətində yaşanan problemlərdir. “Porşe” bu yaxınlarda elektrik avtomobillərinin istehsalı strategiyasını korrektə edib. Onlara tələbin aşağı olması səbəbindən “Volkswagen” sentyabr ayında 2025-ci il üçün iqtisadi proqnozlarını əhəmiyyətli dərəcədə azaldıb”, - avtokonsernin maliyyə direktoru Arno Antlits bildirib. Antlits qeyd edib ki, bu mənfi amillər olmasaydı, şirkətin əməliyyat marjası 5,4 faiz təşkil edərdi. “Volkswagen” şirkətinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın tarif siyasəti avtokonsernə ildə təxminən 5 milyard avroya başa gəlir. Aİ-ABŞ ticarət müqaviləsinə əsasən, Avropa avtomobillərinin ixracına indi 15% rüsum tətbiq olunur. Ticarət müharibəsindən əvvəl bu tarif 2,5% təşkil edirdi. Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.
 
                        