AZ

"Bir direktoru seçmək nədir ki, onun üçün bu qədər prosedur keçilməlidir?"

“Təhsilimizdə müəyyən problemlərin qalmağı hamını narahat edir. Hər bir məktəbin əsas siması direktor və müavinləridir. Universitetin isə əsas siması rektordur. Direktorun xarakteri, kimliyi o müəssisənin taleyinə çox önəmli təsir göstərir”.

Xezerxeber.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Azərbaycanda 600 məktəbdə direktor vəzifəsi boşdur. Yəni 600 məktəbin siması görünməməkdədir. Direktor seçimi üçün də hər dəfə yeni metodologiya tətbiq olunur. Kiçik bir ölkədir, bizim çox sayda da məktəbimiz yoxdur. Bir direktor seçimi nədir ki, bu qədər testdən, mərhələdən keçmək...

500 nəfərə qədər olan məktəbdə bir prosedur gedir, oranın məktəb direktoru müavin və müəllimlər arasında müsabiqə yolu ilə seçilir. 500-dən çox olanda isə 3 mərhələli sistem qoyulur, mürəkkəb bir labirint yaradılır. Heç də layiqli şəxslərin direktor seçilməsini təmin etmək mümkün olmur. Bu da məktəblərdə təhsilin səviyyəsini xeyli aşağı salır. Bir direktoru seçmək nədir ki, onun üçün bu qədər prosedur keçilməlidir? Halbuki məktəbdə rəy sorğusu keçirib on ildən çox stajı olanlardan birini direktor təyin etmək olar. Ya da direktorluğa namizədlərlə bağlı kadr bankı formalaşdırmaq, ehtiyac olduqda oradan seçmək olar. Bu, ümummilli problem olduğu üçün bunu dilə gətirirəm. Xarici təcrübədə 10 il stajı olan adam məktəb direktoru seçilə bilər. Yaxud da kadr bankı yaradılır. Bir-iki il itirilən təhsil öz sözünü demiş olur. Bundan başqa, xaricdə 100 milyonlarla vəsait xərcləyib tələbə yetişdiririk. Qayıdıb gəlirlər və böyük əksəriyyəti işlə təmin olunmur. Bu məsələyə ciddi diqqət yetirək”, - deyə millət vəkili əlavə edib.

Seçilən
12
xezerxeber.az

1Mənbələr