Bakı. Trend:
UFC-nin keçmiş çempionu, ən yüngül çəkidə qarışıq əlbəyaxa döyüşsənətləri (MMA) ustası Deyveson Fiqeredo avtomobil qəzasınadüşüb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Braziliyalı döyüşçü bu haqda məlumatı öz sosial şəbəkəsəhifəsində yayıb.
“Bu gün mən avtomobil qəzasına düşmüşəm. Çox güman ki, təqibdənqaçan bir qadın sürücü yüksək sürətlə hərəkət edirdi və anidənyoldan çıxıb mənim avtomobilimin ortasına çırpıldı. Nəticədə mənimolduğu maşın bir neçə dəfə fırlanaraq aşdı”,- deyə Fiqeredoyazıb.
İnsident döyüşçünün yaşadığı Florida ştatında yaşanıb vəxoşbəxtlikdən idmançı ağır travmalar almayıb.
 
                        