Google, YouGov tədqiqat şirkəti ilə birlikdə, Android cihaz sahiblərinin iPhone istifadəçilərinə nisbətən fırıldaqçı SMS və zənglərlə qarşılaşma ehtimalının xeyli az olduğunu göstərən bir araşdırma yayımlayıb.
Oxuməni.az-ın məlumatına görə, “9to5Google” bu barədə məlumat verib.
Sorğudan əvvəlki yeddi günlük dövr ərzində Android istifadəçiləri iOS cihazlarının sahibləri ilə müqayisədə 58% daha az dələduzluq mesajı alıblar. Ən yüksək müdafiə səviyyəsini Google Pixel smartfonları göstərib – onların sahiblərinin spam və fişinq mesajları almaq riski iPhone istifadəçiləri ilə müqayisədə 96% daha aşağı olub. Eyni zamanda, iOS istifadəçiləri orta hesabla həftə ərzində üç və ya daha çox dələduzluq SMS-i barədə Android istifadəçilərinə nisbətən 65% daha tez-tez məlumat veriblər.
Google bu nəticələri RCS (Rich Communication Services , Zəngin Rabitə Xidmətləri) protokolu, Android-in daxili təhlükəsizlik mexanizmləri və süni intellekt əsaslı sistemlər daxil olmaqla bir sıra texnologiyaların kombinasiyasından istifadə ilə əlaqələndirir. Şirkət qeyd edir ki, “Mesajlar” və “Telefon” tətbiqlərinə quraşdırılmış süni intellekt modelləri şübhəli nömrələri və spamları effektiv şəkildə müəyyən edir və bloklayır.
Almaz Həsənli
 
                        