"Qalatasaray" nigeriyalı hücumçusu Viktor Osimhenə fantastik transfer qiyməti qoyub. "Bakuinfo" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin ulduz forvardını almaq istəyən klub 140 milyon avro ödəməlidir. Məlumata görə, "Barselona", PSJ kimi nəhəng klubların da maraq dairəsində olan 26 yaşlı futbolçunu "Qalatasaray" satmaq istəmir. Bu səbəbdən klub afrikalı hücumçuya ağlagəlməz transfer qiyməti qoymağı məqsədəuyğun hesab edib. Xatırladaq ki, Osimhenin "Qalatasaray"la 2029-cu ilin yayına qədər müqaviləsi var. O bu mövsüm Superliqada və UEFA Çempionlar Liqasında meydana çıxdığı 9 matçda 6 qol vurub. (Oxu.Az )
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta
