AZ

Kiberpolis onlayn yolla zərərli kompüter proqramları satan xakeri ifşa etdi

Bakı. Trend:

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən həyatakeçirilən əməliyyat-texniki tədbirlər zamanı DNV-RAT.İNFO domeniadı altında fəaliyyət göstərən saytda naməlum şəxsin kompütersistemlərinə zərərli kibermüdaxilə proqramlarının satışının həyatakeçirildiyi müəyyən edilib.

Trendxəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, tədbirlərin davamı olaraq saytın Sumqayıt şəhərsakini Fərid Cəfərli tərəfindən yaradılaraq idarə edildiyi müəyyənolunub və o, saxlanılaraq Baş İdarəyə gətirilib.

Araşdırma zamanı F.Cəfərlinin qeyd edilən saytda kompüteravadanlıqları ilə yanaşı, mobil telefon zənglərininşaxtalaşdırılması, istənilən nömrədən hədəf nömrəyə zənglərinedilməsi, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş təhlükəsizlikşifrəsinin (OTP) qarşı tərəfə göndərilməsi funksiyalarına malik vəkibercinayətlərin törədilməsində istifadə olunan digər zərərliproqramların satışını da həyata keçirdiyi müəyyən edilib.

Qeyd edək ki, saxlanılan şəxs həmin proqramların satışınıkriptovalyuta qarşılığında həyata keçirib. O, proqramları almaqistəyən şəxslərdən bunun müqabilində müxtəlif məbləğlərdə USDTkriptovalyutasını istifadəsində olan virtual hesaba köçürülməsinitələb edib.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin - kompütersisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxilolmağa imkan verən cinayətlərin törədilməsi məqsədi ilə satışı,yayılması və ya onların əldə edilməsinə şərait yaradılması maddəsiilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, virtual məkanda mövcud olan təhdidlərin qarşısınınalınması, informasiya texnologiyaları mühitində vətəndaşlarıntəhlükəsizliyinin etibarlı şəkildə təmini məqsədi ilə kiberpolistərəfindən qabaqlayıcı tədbirlər davam etdirilir.

Məqalədə:
Seçilən
18
27
az.trend.az

10Mənbələr